Cocuqmercanli

15/12/2018

Bu gun, yolumuz Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinədir. 24 il sonra azadlığına, sakinlərinə qovuşan Cocuq Mərcanlı.

Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Bu gün dövlətimizin Cocuq Mərcanlı kəndində yaşayan uşaqlara göstərdiyi diqqət və qayğı da göz qabağındadır. Bayram ərəfəsində uşaqları sevindirmək, onların üzündə təbəssüm yaratmaq, onları xoşbəxt görmək bizi də xoşbəxt edir. Yeni ildə uşaqlara xoşbəxtlik və sevinc bəxş etməyi müşahidə etmək gözəl hissdir. Bu hissi heç bir hədiyyə əvəz edə bilməz.

Uşaqların təbəssümü 188 xidmətinə verilən ən yüksək qiymət idi.

Qarabağa Böyük qayıdış başladı ümid edirik ki, tezliklə işğaldan azad edilən torpaqlarımız daha da artacaq və məskunlaşma davam edəcək”.